"Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib

1 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub. Pley-off 'un 1/4 final mərhələsində, "Xəzri" və "Sərhədçi" komandaları arasında seriyanın birinci oyununda, debütant "Xəzri" 98-64 hesablı rahat qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" seriyada 1-0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: "Xəzri" (Ceremi Maklaflin - 35 xal, 12 ribaund), "Sərhədçi" (Kaleb Hanter - 14 xal, 3 ribaund)

Qeyd edək ki, komandalar arasında seriyanın ikinci oyunu 3 may tarixində baş tutacaq

Müəllif: Məsim MƏSİMZADƏ