AYXAN UNİVERSİADADA GÜMÜŞ MEDAL QAZANDI
ESTAFET/ Xəbər verdiyimiz kimi, Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunları davam edir. Oyunların üçüncü günündə taekvondo idman növü üzrə yarışlara start verildi. Milli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvondoçumuz mübarizə aparıb.
Millinin üzvlərindən 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, Böyük Britaniyalı Jacob Barnettə 17:9, Xavier Perezə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb. Final uğrunda qarılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) heç bir şans verməyib. Finalda rusiyalı taekvondoçu Boris Krasnovla döyüşdə qızıl xalla məğlub olan Ayxan yarışı gümüş medalla başa vurub.
Digər idmançımız Qaşım Maqomedov (54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də Avstraliya təmsilçisi Malcom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.