Türkiyyədə 20 Dünya çempionatı və Dünya kuboku keçirilib

Türkiyyənin Antaliya şəhərində 22-28.04.2024 tarixlərində Beynəlxalq Kempo Federasiyası tərəfindən 20 Dünya çempionatı və Dünya kuboku keçirilib.

Bu yarışda Azərbaycan iki idmançı ilə təmsil olunub Çempionatda iştirak təşkilat rəhbəri Beynəlxalq Kempo Federasiyasının texniki direktoru Rauf İbrahimov  tərəfindən öz daxili maliyyə hesabılarına başa gəlib. 70 kg çəki dərəcəsində Şəmsi Hüseynov, 85 kg çəki dərəcəsində isə Abduləzimov Rəsul çempionatda uştirak edərək hər iksi birinci yerə laiq görülüb.

Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda rəsmi  səlahiyyətli nümayəndəsi Rauf İbrahimovun  verdiyi  informasiyaya əsasən çempionatda 40 ölkədən 800 yaxın idmançı birincilik uğrunda mübarizə aparıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV