Kişilərin stend atıcılığının səngər növündə final mərhələsi baş tutub

Tolqa Tuncer (Türkiyə), Jan Pyer Brol Kardenas (Qvatemala), Filip Marinov (Slovakiya), Ceyms Villet (Avstraliya), Matyu Con Kovard-Holley (Böyük Britaniya), Pavel Vanekin (Çexiya) mübarizə apardığı həlledici mərhələdə avstraliyalı atıcı qalib adını qazanıb.

50 atışdan 46-nı dəqiq yerinə yetirən Ceyms Villet qızıl medal əldə edib. Filip Marinov 42 halda hədəfi dəqiq nişan alaraq gümüş medala yiyələnib. Jan Pyer Brol Kardenas 34 dəqiq atışla “bürünc”lə kifayətlənib.

Müəllif: Bəhruz MƏMMƏDOV