"Final atışları zamanı rəqibimə nisbətən təcrübəli olmağım nəticələrdə öz sözünü dedi" Ceyms Villet

“Bakı Atıcılıq Mərkəzi mənim üçün düşərlidir. 2 il əvvəlki Dünya Kubokunda komanda növündə qızıl medal əldə etmişdim. Düzdür, məşqlər zamanı külək əsirdi. Yaxşı ki, final günündə hava sakit keçdi. Avstraliyadan Bakıya böyük məsafə qət edərək gəlmişik. Olimpiya Oyunları ərəfəsində “qızıl” olduqca vacib idi. Üstəlik, bu, reytinq xallarımıza da təsir edir.

Final mərhələsində təcrübə müəyyən mənada rol oynayır. Psixoloji durum olduqca vacibdir. Məncə, final atışları zamanı rəqibimə nisbətən təcrübəli olmağım nəticələrdə öz sözünü dedi”.

Müəllif: Bəhruz MƏMMƏDOV