QADINLAR İLK GÜNDƏ MÜKAFATSIZ QALDI: DÇ-2017
ESTAFET/ Fransanın paytaxtı Parisdə güləş üzrə Dünya Çempionatında bugündən etibarən qadın güləşçilərin mübarizəsi başlayır. Qadınlarda ilk yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində ən güclülər müəyyən ediləcək. Azərbaycan ən ağır çəki istisna olmaqla hər 3 çəki dərəcəsində təmsil olunurdu. Təəssüf ki, güləşçilərimizdən heç biri mükafatçılar sırasında yer ala bilməyib.
Təmsilçilərimizin rəqiblərini və nəticələrini təqdim edirik.
55 kq
1/16 final: Natalya Sinişin - İrina Kuraçkina (BLR) 1:2
58 kq
1/8 final: İrina Netreba - Giedre Blekaytite (LTU) 8:4
1/4 final: İrina Netreba - Mişel Fazzari (CAN) 0:11
63 kq
1/16 final: Elmira Qəmbərova - Tayla Ford (NZL) 5:0
1/8 final: Elmira Qəmbərova - Yukako Kavai (JPN) 2:8 tuşe