"Fikrimcə, “qızıl” qazanmağımda təcrübə böyük rol oynadı" Martin Podraski

Mübarizə başa çatandan dərhal sonra Podraski medal təəssüratlarını bölüşüb:

“Bu, Bakıda əldə etdiyim ilk medaldır. Təbii ki, sevinirəm. Bu mərhələdə təcrübə çox önəmlidir. İndiyə qədər bir çox finallarda iştirak etmişəm. Bugünkü finalda ən yaşlı atıcı mən idim. Fikrimcə, “qızıl” qazanmağımda təcrübə böyük rol oynadı.

Həm şəxsim, həm də ölkəmin adına bu cür nəticəyə imza atmaq qürurvericidir. Bugünkü dəqiq atışlarımın sayı həm də Çexiya atıcılıq tarixi adına yeni rekord idi.

Atəş meydanları haqda ən xoş sözləri deyə bilərəm. Həm mərkəzin özü, həm yaradılan şərait, həm də finallar zamanı vacib rol oynayan işıqlandırma sistemi kifayət qədər yaxşıdır. Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı qurğularından biridir”.

Müəllif: Bəhruz MƏMMƏDOV