"Xəzri" yarımfinal seriyasında üstünlüyü ələ keçirib

8 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub. Pley-off 'un yarımfinal mərhələsində, "NTD-İNDİQO" və "Xəzri" komandaları seriyanın 1-ci oyununa çıxıblar. Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə, yekunda "Xəzri" nin 63-61 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə "Xəzri" seriyanın ümumi hesabında 1-0 önə keçib. Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 15 xal, 10 asist), "NTD-İNDİQO" (Qeylen Smit - 20 xal, 12 ribaund)
Qeyd edək ki, "NTD-İNDİQO" və "Xəzri" komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu 11 may tarixində baş tutacaq.
