"Hələ də Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanmamışam" Anna Yanssen

Mükafatlandırma mərasimindən sonra 3 dəfə dünya çempionu olmuş, 7 dəfə Dünya Kubokunun, 7 dəfə Avropa çempionatının qalibi adını qazanmış Anna Yanssen fikilərini bölüşüb:

“Finaldakı rəqibim Olimpiya çempionu idi. Titullarla zəngin olan çox yaxşı atletdir. Mənim üçün asan olmayacağını bilirdim. Həlledici mərhələdə düşünürdüm ki, Olimpiya çempionunu məğlub etmək möhtəşəm olar. Finala bu cür kökləndim və qələbə qazanmağı bacardım.

Finala ikimiz qalanda aramizdakı xal fərqi 1,5 idi. Əslində, bu, ciddi fərq deyil. Amma söhbət finaldan gedirsə, böyük üstünlük sayıla bilər. Final atışlarından əvvəl fərqi görəndə qalib gələcəyimi hiss etmişdim.

Hələ də Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Yarışlar davam edir. Bunu bacaracağıma ümid edirəm”.

Müəllif: Bəhruz MƏMMƏDOV