Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final görüşləri keçirilib

Bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final mərhələsinin görüşləri keçirilib.

Qızıl və gümüş medallar Koreyanı təmsil edən atletlərin aktivinə yazılıb. Yeji Kim qalib olub, Jiin Yang ikinci yerlə kifayətlənib. Almaniyanı təmsil edən Jozefin Eder bu Dünya Kubokunda ardıcıl ikinci dəfə bürünc medalın sevincini yaşayıb.

Yeri gəlmişkən, Yeji Kim 42 dəfə dəqiq atəş açmaqla bu növdə yeni dünya rekorduna imza atıb.

Finalın ən sürpriz məqamı Almaniyanı təmsil edən Doren Vennekampın yarışı növbəti dəfə medalsız başa vurması olub.

Müəllif: Bəhruz MƏMMƏDOV