Bilyard üzrə "Quba Open" turniri keçirilib

Mayın 18-də Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Bilyard Federasiyasının dəstəyi ilə idmanın paytaxtı Qubada “Quba Open” turniri keçirilib. Turnirdə 30-dan çox idmançı iştirak edib.

Nəticələr

Hacıyev Orxan – 1 yer
Talıbov Nicat – 2 yer
Məlikov Rza – 3 yer
Ramazanov Anar – 3 yer

Qeyd edək ki, Azərbaycan Bilyard Federasiyası regionlarda idmanın inkişafını daha da inkişaf etdirmək niyyətindədir.

Müəllif: Bəhruz MƏMMƏDOV