Para-Atletimiz Səid Nəcəfzadə Yaponiyada dünya çempionu oldu

Para-atletimiz Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə dünya çempionu oldu!

Qeyd edək ki, bu, 25 yaşlı Avropa çempionumuzun ilk dünya çempionluğudur. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medal qazanmışdı. İdmançımız həmçinin Tokio Paralimpiadasının bürünc medalçısıdır.

Xatırladaq ki, iki gün əvvəl para-atletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırmışdı.

Müəllif: Bəhruz MƏMMƏDOV