Fotoqrafların kamandan oxatma yarışında qaliblər məlum oldu

Mayın 19-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibət ilə fotoqraflar arasında kamandan oxatma yarışı keçirilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı, Azərbaycan Fotoqrafiya Federasiyası və "Gilavar" Koto Klubu İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan yarışda kişilərin mübarizəsində Ruslan Əlizadə birinci olub. Cəlal Firidunov yarışı ikinci, Əliqulu Süleymanov isə üçüncü pillədə başa vurublar. Qadınlar arasında Nərmin Qurbanova, Sevinc Aslanova, Zərrintac Vəlizadə fərqləniblər.

Müəllif: Bəhruz MƏMMƏDOV