Aleksis Kopello İspaniyada keçirilən yarışda bürünc medal qazanıb

İspaniyanın Kastelyon de la Plana şəhərində keçirilən atletika üzrə Xose Antonio Kansino Memorialında ölkəmizi təmsil edən Aleksis Kopello mükafatçılar sırasına düşməyi bacarıb.

Üç təkanla tullanma növündə 16.36 metr nəticə göstərən atletimiz yarışda 3-cü yeri tutaraq bürünc medal qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV