Lamiyə Vəliyeva 4 qat dünya çempionu oldu!

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda finişə 55.03 saniyəyə çataraq dünya çempionu oldu.

Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki yarışın ilk günündə də 100 metr məsafədə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il Parisdə təşkil edilən dünya çempionatında da 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV