Lamiyə Vəliyeva: "Bu, son deyil" - VİDEO

Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qaçış üzrə 100 metr və 400 metr məsafə yarışında iki qızıl medal qazanan Lamiyə Vəliyevanın çempionluqla bağlı fikirlərini diqqətinizə çatdırırıq:

"Mənə dəstək olanlara minnətdarlığımı bildirirəm. 4 qat dünya çempionu olmaq mənim üçün qürurverici bir hissdir. Dünya çempionatına çox güclü hazırlaşmışdım. Bu, son deyil. Parisdəki Paralimpiya Oyunlarına daha güclü hazırlaşacağam. Orada da Vətənimi layiqincə təmsil edəcəyəm".

Müəllif: Bəhruz MƏMMƏDOV