Anna Skidan Forbakda qələbə qazanıb

Çəkic atma növündə Paris Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Anna Skidan beynəlxalq yarışlarda uğurlu çıxışını davam etdirir. Atletimiz bu gün Fransanın Forbak şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli yarışında mübarizə aparıb. Skidan 71.98 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu uğur Anna Skidanın beynəlxalq arenada gücünü və hazırlığını bir daha sübut edir. Onun bu qələbəsi Azərbaycan atletikasına böyük fəxr gətirir və ölkəmizin idman sahəsindəki nailiyyətlərini artırır. Skidanın növbəti hədəfi Paris Yay Olimpiya Oyunlarında da eyni uğuru təkrarlamaqdır.

Müəllif: Bəhruz MƏMMƏDOV