Azərbaycan güllə atıcıları Münhendə Dünya Kubokunda iştirak edəcək

31 may – 8 iyun tarixlərində Almaniyanın Münhen şəhərində keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokunda Nigar Nəsirova və Ruslan Lunyov ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinqi xalını qazanmaq üçün son beynəlxalq turnirdir. 9 iyun tarixinədək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyaları müəyyənləşəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV