Karvaxal özünü ən yaxşı sağ cinah müdafiəçisi hesab edir

ESTAFET/ “Real”ın və İspaniya yığmasının sağ cinah müdafiəçisi Daniel Karvaxal mövqeyində özünü dünyanın ən yaxşı oyunçusu hesab edib-etməməsi ilə bağlı sualı cavablayıb.

İspan futbolçunun bu barədə cavabını təqdim edirik:

“Ötən mövsümü dəyərləndirsək, belə düşünürəm. Öz güvəncim naminə belə düşünməyi üstün tuturam. Yaxşı il idi. Çempionlar Liqasını qazandıq, hətta qol vurdum. La Liqanı qazandıq və indi İspaniya yığması ilə Avropa çempionatında mümkün qədər irəli getmək istəyirik”.

Müəllif: Natiq NƏSİROV