Polşa klubu azərbaycanlı futbolçu ilə müqaviləni ləğv etdi
ESTAFET/ Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.
Bu barədə Lodz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini vurğulayıb.
Məmmədov 2024-cü ilin əvvəlində "Qarabağ"dan bu kluba keçmişdi.