Bakıda Red Bull Yağlı Dirək yarışı keçiriləcək

“İyulun 21-də Pirallahıda yerləşən Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək”

Bu yarışda iştirak edənlər dənizə doğru uzanan 10 metrlik yağlı dirəyin üstündə qaçaraq, dirəyin ucunda olan bayrağı götürməyə çalışacaq. Çox asan səslənir, doğrudur? Amma dirəyin başdan-başa yağlı olması ucunda olan bayrağa gedən yolu çox çətin edir.

Yarışda cəsarətli iştirakçılar yağlı dirəyin üstündə əsas mükafat uğrunda mübarizə aparacaqlar.

Red Bull Yağlı Dirək yarışının qaydaları çox sadədir. 10 metrlik yağlı dirəyin üstündə qaçmaq və dirəyin sonunda olan bayrağı götürməkdir. Sən də bu əyləncəli yarışa qoşul və qalib olmaq şansını qaçırma.Nərəkənd parkında keçiriləcək yarışda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir: REDBULL.AZ/YAGLIDIREK

Xəzərin sahilində, suyun üzərində yerləşən yağlı dirəyin sonuna kimi yıxılmadan qaç, bayrağı götür və qalib olaraq pul mükafatı qazan. Belə ki, 1-ci yerin sahibinə 1000 AZN, 2-ci və 3-cü yerlərin sahibinə isə uyğun olaraq 500 AZN və 250 AZN pul mükafatları nəzərdə tutulub.

Red Bull Yağlı Dirək nədir?

Ölkəmizdə ilk dəfə keçiriləcək Red Bull Yağlı Dirək yarışının tarixi Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan “Dənizçilik və Kabotaj” bayramına gedib çıxsa da, hazırda bu ənənə daha çox dəniz mövsümündə insanlara əyləncəli və uzun müddət yaddaşlardan silinməyəcək xatirə bəxş etmək üçün davam etdirilir.

İştirak və əyləncəli tədbiri seyr etmək sərbəstdir.

QEYDİYYAT VƏ ƏTRAFLI MƏLUMAT: REDBULL.AZ/YAGLIDIREK

Müəllif: Bəhruz MƏMMƏDOV