Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
“Barselona”nın Niko Uilyamsın keçidi ilə bağlı planı məlum oldu -
“Barselona”nın Niko Uilyamsın keçidi ilə bağlı planı məlum oldu

ESTAFET/ Bilbao “Atletik”inin və İspaniya yığmasının vingeri Niko Uilyams AÇ-2024-dən sonra dərhal “Barselonaya” keçə bilər.

Uilyamsın avqustun 1-dən sonra transfer üçün əlçatan olmayacağını öyrənmiş Kataloniya klubu bütün diqqətini bask klubunu vingerinin transferinə cəmləmək üçün bütün digər transfer işlərini təxirə salmaq qərarına gəlib.

Bildirilir ki, “Barselona” transferi AÇ-2024-ün sonu və Uilyamsın “Atletik”ə qayıtmasına qədər tamamlamağa çalışacaq.

Müəllif: Orxan NOVRUZOV