“Qarabağ”ın qapıçısı zədələndi - 8 ay futboldan uzaq qalacaq
ESTAFET/ "Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.
O, məşq prosesində xəsarət alıb.
Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.
Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.