Yamal eyni komandada oynamaq istədiyi futbolçunun adını çəkdi

ESTAFET/ “Barselona”nın və İspaniya yığmasının vingeri Lamin Yamal “İnter Mayami”nin argentinal ulduz hücumçusu Lionel Messi ilə eyni komandada oynamaq istədiyini bildirib.

Yamal bu haqda belə deyib:

“Messi ilə paltardəyişmə otağını paylaşa biləcəyimə və onunla məşq edə biləcəyimə ümid edirdim, amma bu, heç vaxt baş vermədi. Hələ də ümidvaram ki, bu, gələcəkdə baş verəcək”.

Müəllif: Natiq NƏSİROV