Azərbaycan klubunun stadionu təmirə bağlandı

ESTAFET/ Azərbaycan 1-ci Liqasında çıxış edən "İmişli" klubunun stadionu təmirə bağlanıb.

Heydər Əliyev adına İmişli Şəhər stadionu əyalət təmsilçisinin şəxsi vəsaiti hesabına təmir olunur.

Arena yan qurğuların təmiri, ot örtüyünün yenilənməsi, baza təmiri və digər müxtəlif sahələrdə aparılan profilaktik və təmir işləri ilə əlaqədar bir müddət bağlı qalacaq.

Müəllif: Məsim MƏSİMZADƏ