Azərbaycanda Pool 9 intizamı üzrə ölkə birinciliyi keçirilib

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyası tərəfindən dəstəklənən Pool 9 intizami üzrə ölkə birinciliyi 6-12 İyul tarixlərində keçirilib. 12-19 yaş qrupları arasında keçirilən bu nüfuzlu yarışmada qaliblər müəyyənləşib. Ən gənc bilyard ustaları arasında keçən bu gərgin mübarizənin nəticələrinə əsasən qaliblər aşağıdakılardır:

1. Məmmədov Ədalət – Qızıl medal sahibi
2. İbrahimli Rəvan – Gümüş medal sahibi
3. Cəfərov Abbas və Babayev Süleyman – Bürünc medal sahibləri

Bu əlamətdar tədbir gənclərimizin idmana olan marağını artırmaq və onların bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil edilmişdir. Təbriklər qaliblərə və uğurlar arzulayırıq gələcək yarışlarda!

Müəllif: Bəhruz MƏMMƏDOV