Azərbaycan Gimnastı: "Olimpiya Oyunlarında çıxış etdiyim üçün qürurluyam"

Azərbaycan batut gimnastı Selcan Mahsudova, Olimpiya Oyunlarında çıxış edərək ölkəmizi uğurla təmsil etdiyini bildirib.

Estafet.az-a verdiyi açıqlamada, gimnastımız bu nailiyyəti ilə tarixə imza atdığını vurğulayıb:

"Olimpiya Oyunlarında çıxış etdiyim üçün qürurluyam. 16 idmançı ilə mübarizə apardım və 10-cu yerin sahibi oldum. Bu cür yarışlarda psixoloji amil də önəmlidir. İlk dəfə çıxış etdiyim üçün bu nəticəni uğurlu sayıram. Gələcək turnirlərdə çıxışım üçün çox böyük təcrübə oldu. Dünyanın ən güclü rəqiblərinə qarşı mübarizə aparmaq mənə əlavə motivasiya verdi. Növbəti dəfə daha yaxşı nəticələr əldə etmək üçün daha çox çalışacağam. Olimpiya atmosferi və idmançıların yüksək səviyyəli hazırlığı mənim üçün ilham mənbəyi oldu. Ümid edirəm ki, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağam və ölkəmizi yenidən şərəflə təmsil edəcəyəm."

Mahsudova, Olimpiya Oyunlarında göstərdiyi performansın ona gələcəkdə daha böyük uğurlar qazanmaq üçün ilham verdiyini qeyd edib. O, gələcək turnirlərdə daha da yaxşı nəticələr əldə etməyi və Azərbaycanın adını yüksəltməyi hədəflədiyini bildirib.

Müəllif: Bəhruz MƏMMƏDOV