"MİXAEL BU KOLLEKSİYANI UZUN İLLƏRDƏ TOPLAYIB" - SABİNE KİM

ESTAFET/ 2018-ci ilin  aprelindən Kölndə yeni "Motorworld" avtomobil muzeyində Mixael Şumaxerin karyerası ilə əlaqəli şəxsi yürüş maşınları və müxtəlif xatirə əşyaları sərgilənəcək. Pilotun meneceri və "MS Office"in icraşı direktoru Sabine Kem görülən tədbirlər haqda Kölndəki mətbuat konfransında danışıb.

 

"Michael Schumacher Private Collection" ekspozisiyasına neçə maşın daxildir?

Ümumilikdə cəmi 20-yə yaxın maşın. Bütün maşınlar Formula 1-lə əlaqəli deyil. Belə ki, bu kolleksiyaya həm kartlar, həm Mixaelin karyerasının əvvəlində çıxış etdiyi Group C sportkarları, həmçinin Ford və F3 maşınları daxildir. Amma, əlbəttə ki, biz əsasən Formula 1 texnikasını, bu sıradan Mixaelin müxtəlif illərdə yeddi çempionluq titulu qazandığı bütün maşınları təqdim edəcik. Orada həmçinin, onun Formula 1-də debuüt etdiyi Jordan 191, 3 Benetton və yəqin ki, 8 Ferrari.

 

Bunlardan əlavə, hansısa formada Mixaelin karyerasının hər ili ilə əlaqəli olan müxtəlif əşyalar da sərgilənəcki?

Mixael yürüşlərdə uzun müddət çıxış edib və əgər onun karyerasına başladığı mərhələni götürsək, onda hansısa əşyaları seçmək çox çətin olardı. Lakin sonrakı dövrlər üçün kolleksiyaya karyerasının hər ilinə aid üç, dörd və ya beş əşya daxildir. Əminəm ki, bu, yüksək səviyyəli bir sərgi olacaq və avtomobil sevən, Formula 1-i sevən hər kəs üçün ciddi maraq doğuracaq. Mənim fikrimcə, bu ümumiyyətlə, avtomobilizmin tarixini, yürüş texnikasının necə inkişaf etdiyini izah edir. Çünki 90-cı illərin əvvəllərində olan avtomobilləri daha modern olanlarla müqayisə etsəniz, çox əhəmiyyətli bir fərq görəcəksiniz. Yeri gəlmişkən, dəbilqələrin və digər yarış avadanlıqlarının təkamülünü də izləmək mümkün olacaq. Mixael bu kolleksiyanı uzun illər boyu topladı və biz istənilən halda nə vaxtsa belə bir sərgi təşkil etməyi düşünürdük.

 

Bəs Kolleksiya indi harada saxlanılır?

Etibarlı yerdə - tam olaraq harada olduğunu dəqiqləşdirmək istəməzdim. Kolleksiya Kölnə çatdıqda, lazım olan bütün təhlükəsizlik tədbirləri ilə maraqlanacağıq. Vaxt gəldikdə bu məsələ ilə məşğul olacağıq.

 

"Motorworld" Köln Muzeyinin konsepsiyası onun ziyarətinin pulsuz olmasıdır - bu sizin sərginizə də aiddir?

Bəli. Ən azından plan hələ ki, tam olaraq belədir.

 

Ekspozisiyaya başqa nələr daxildir?

Əlbəttə ki, tamaşaçılar çoxsaylı kuboklar və digər idman qənimətlərini görəcəklər - bunların hamısı orijinaldır. Misal üçün, 2000-ci ildə Mixailin Yaponiya Qran Prisini qazanan zaman aldığı kubokda olan bantı görə bilərsiniz. Onu həmin gün podiumda çəkilmiş fotoşəkillərdə görmək olar və bu, xüsusi duyğulara səbəb olur.  

 

Mən dəqiqləşdirmək istərdim: ekspozisiyaya daxil olan hər şey, o cümlədən Formula Ford və F3 avtomobilləri - bütün bunlar Şumaxer ailəsinə aiddir və azarkeşlərdən, kolleksionerlərdəndan əlavə nəsə almamısınız?

Bəli, Mixael bunların hamısını saxlayıb. Amma misal üçün orada Group C sportkarı olacaq, hansı ki Mercedes bizə təqdim edib. Gənclik Formulalarının maşınlarına gəldikdə, onlar ona çox xoş gəldilər, buna görə də onlardan ayrılmadı.

 

Həmçinin, kartinqdə çıxış etdiyi texnika də qorunub saxlanılıb?

Kartlarla bağlı vəziyyət bir az daha mürəkkəbdir. Məsələn, onun kolleksiyasında bir neçə kartın olmasına baxmayaraq, mən indi bir xüsusi avtomobil axtarıram. Dürüst olmaq üçün, ekspozisiyanın ölçüsü qismən onun üçün nə qədər yer ayrılacağına bağlıdır. Yeri gəlmişkən Spada Mik Şumaxer ailəyə deyil, "Motorworld" Muzeyinə aid olan Benetton sükanı arxasında oturacaq. Mükəmməl bir şeydir ki, bu, işləkdir və muzey Mixaelin ilk qələbəsinin 25-ci ildönümü şərəfinə Mikə Belçika marşrutunda sürmək üçün icazə verdi. Artıq "gizli" testlər keçirmişik, çünki maşının həqiqətən qaydasında olub-olmadığını yoxlamaq lazımdır. Bundan əlavə, Mikə bu tarixi Benettona öyrəşməsi lazım idi. 

 

Onu idarə etmək xoşuna gəldi?

Bəli, o böyük zövq aldı.

 

Bu il Formula 1-də sahibkarlar dəyişdi, yeni rəhbərlik gəldi - onun tərəfindən hər hansı bir dəstək hiss edirsiniz? Bu insanlarla görüşdünüzmü? Əlbəttə bura Ross Braun da daxildir, hansıkı çox sadələşdirir...

Əlbəttə ki, bunu qəbul etməliyəm! Bəli, Formula 1-in yeni rəhbərləri bizə böyük dəstək verirlər və bizim fikirlərimiz dərhal onların xoşuna gəldi. Bundan əlavə, bizi Spa trasının rəhbərliyi də dəstəkləyir. Layihəmizdə müxtəlif tərəflər iştirak edir.