Bakıda oxatma üzrə ustad dərsləri keçirilib

Avqustun 23-25-də keçiriləcək Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı ərəfəsində Bakıda ustad dərslərinə start verilib.

Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumatına görə, dərslər iki günlük nəzərdə tutulub. Avqustun 17-də "Sea Breeze" yaşayış kompleksində başlayan tədbir bu gün saat 19:00-dək davam edəcək.

Peşəkar idmançılar Əhməd Hüseynov və Fatimə Hüseynli kamandan oxatma idman növünə həvəs göstərənlərə sənətin sirlərini aşılayıblar.

Avqustun 23-25-də Bakıda peşəkar oxatanların iştirakı ilə Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV