Avropa Kuboku: Qadınlardan ibarət millimiz mübarizəni dayandırıb

3x3 basketbol üzrə qadınlardan ibarət milli komandalar arasında Avstriyanın paytaxtı Vyanada Avropa Kuboku start götürüb.

Bu gün 3x3 basketbol üzrə qadınlardan ibarət millimiz Avropa Kubokunda qrup oyunlarına çıxıb.

Qızlarımız qrupun ilk oyununda İspaniya yığmasına 12-20, ikinci oyununda isə Avstriya seçməsinə 7-21 hesabları ilə məğlub olaraq, mübarizəni qrupdaca dayandırıb.

Müəllif: Məsim MƏSİMZADƏ