GAC-nin yeni "Showroom" və Servis Mərkəzi təqdim olundu

22 avqust tarixində "AUTO Azərbaycan" şirkəti dünyanın aparıcı avtomobil markalarından biri olan GAC-nin yeni "Showroom" və Servis Mərkəzinin açılışını böyük təntənə ilə qeyd edib. Tədbirə avtomobil sektorunun peşəkarları, media nümayəndələri və tanınmış qonaqlar qatılıblar.

Açılışda "AUTO Azərbaycan" şirkətinin rəhbəri Emil İsmayılov çıxış edərək, GAC brendinin Azərbaycanda təqdim etdiyi modelləri və gələcək planlarını izah edib. O, həmçinin GAC avtomobillərinin texniki xidmətlərinin və ehtiyat hissələrinin satışının "AUTO Azərbaycan" tərəfindən həyata keçirildiyini bildirib.

Daha sonra GAC-nin Mərkəzi Asiya ölkələri üzrə meneceri Ms. Duana da mərasimdə çıxış edərək, GAC markasının regionda artan nüfuzundan və gələcək planlarından bəhs edib. Onun çıxışından sonra media nümayəndələri marka haqqında suallarını ünvanlamaq imkanı əldə ediblər.
Lent kəsimindən sonra, qonaqlar GAC markası və onun fəaliyyəti barədə geniş məlumatla tanış olublar. "AUTO Azərbaycan" şirkətinin nümayəndəsi Emil Məmmədov GAC markasının ölkəmizdəki fəaliyyətindən bəhs edib. Həmçinin, GAC modellərinin "Toyota" mühəndislərinin iştirakı ilə yaradılan GPMA platformasında hazırlandığı qeyd olunub.

"Auto Azərbaycan" şirkətinin AION elektrik avtomobillərinin Azərbaycandakı rəsmi və eksklüziv distribütoru olduğu da tədbirdə xüsusilə vurğulanıb.
Mərasimin davamında, qonaqlara GAC avtomobilləri barədə ətraflı məlumat verildi və "Test Drive" üçün qeydiyyat prosesi başlayıb. Qonaqlar, həmçinin GAC Servis Mərkəzi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Gecənin sonunda isə, bütün iştirakçılara canlı "Test Drive" imkanı təqdim olunub.

Tədbirin yekununda, "AUTO Azərbaycan" və GAC adından bütün media nümayəndələrinə xüsusi hədiyyələr təqdim olunub.

GAC haqqında ətraflı məlumat üçün rəsmi veb-saytı ziyarət edə bilərsiniz:
www.gacmotor.az
Telefon: +994 (050) 400 09 89

Müəllif: Bəhruz MƏMMƏDOV