Azərbaycan atleti nüfuzlu yarışda ikinci yeri tutub

Azərbaycan atleti Anna Skidan Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində keçirilən Kamila Skolimovska Memorialında uğurlu çıxışla yadda qalıb.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, çəkicatma yarışında ölkəmizi təmsil edən idmançının göstəricisi 71.82 metr olub.

Bu nəticə ilə Anna Skidan mötəbər yarışda 2-ci yeri tutub.

Müəllif: Bəhruz MƏMMƏDOV