Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
- KAMRAN ŞAHSUVARLI YARIMFİNALDA!
KAMRAN ŞAHSUVARLI YARIMFİNALDA!

ESTAFET/ Xəbər verdiyimiz kimi Hamburqda (Almaniya) boks üzər Dünya çempionatı davam edir. Dünyanın seçilmiş 280 boksçusu burada 9 gün ərzində 10 çəki dərəcəsində ən güclüləri müəyyən edəcəklər.

 

Bu gün mundialda 5-ci döyüş günü idi və boksçularımızıdan günorta senasında Rio Olimiadasının mükafatçısı Kamran Şahsuvarlı rinqə çıxıb. Kolumbiya boksçusu Jorje Palasios ilə qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılan Kamran yarımfinala çıxıb və bununla da özü üçün Dünya çempionatının medalını təmin edib. Medalın əyarına isə avqustun 31-də axşam seansında qazax boksçu Abilxan Amankul ilə döyüşdən sonra aydınlıq gələcək.