“Neftçi” yenə xal itirdi, “Sabah” əzmkar qələbəyə sevindi

ESTAFET Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Bu gün daha iki oyun baş tutub.

“Şamaxı” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Bu qarşılaşma qolsuz yekunlaşıb.

Tovuzda isə “Kəpəz” və “Sabah” komandalarının görüşü gerçəkləşib. "Kəpəz" bu oyunda 2:0 önə keçsə də, yekunda məğlubiyyətə üzülüb.

Daha öncə “Turan Tovuz” “Səbail”i evdə, “Araz-Naxçıvan” “Sumqayıt”ı səfərdə 1:0 hesabıyla üstələyib. “Zirə” – “Qarabağ” oyunu sabah keçiriləcək.

Premyer Liqa
5-ci tur

31 avqust 2024

“Şamaxı” – “Neftçi” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
Şamaxı şəhər stadionu, 17:00.

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev (k), 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk.

“Kəpəz” – “Sabah” 2:3
Qollar: Viktor Braqa 10, Lassana Ndiaye 18 : Coy Lens Mikels 53, 85, Jesse Sekidika 70.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 19:30.

Kəpəz: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 78. Yeqor Xvalko (k), 10. Kərim Lkuça, 19. Lassana Ndiaye, 88. Keverton Markolino, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 40. Nahid Bağırov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci, 24. Sənan Kərimov, 25. Toğrul Məmmədov, 51. Cəlil Allahverdiyev, 28. Redon Mihana.
Məşqçi: Xaliq Mərdanov.
Sabah: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Müəllif: Məsim MƏSİMZADƏ