Azərbaycan paraüzgüçüsündən gümüş medal: Paris 2024

ESTAFET/ Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.

Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.

Müəllif: Zaur HACIYEV