Qubada beynəlxalq futbol turniri start götürüb

ESTAFET/ Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında "Ulduz Cup" beynəlxalq turniri start götürüb.

Quba Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış oyununda A qrupunda yer alan "Ulduz" FA və "Bunyodkor" komandaları üz-üzə gəlib. Görüş Özbəkistan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qrupun digər matçında "Quba" OİK Şimali Kipr yığmasına uduzub - 1:5.

B qrupunda isə Belarusun "Dinamo" (Minsk) klubu Gürcüstan "Saburtalo"suna 13:1 hesabı ilə qalib gəlib, "Qarabağ" "Metakla" heç-heçə edib - 1:1.

Qeyd edək ki, turnirə sentyabrın 6-da yekun vurulacaq.

Müəllif: Məsim MƏSİMZADƏ