"Neftçi" ilk oyununda məğlub oldu

ESTAFET "Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasına ağır məğlubiyyətlə başlayıb.

Turnirin 1-ci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 0:5 hesabı ilə uduzub.

Qarşılaşma Gürcüstanın Tsxaltubo şəhərində keçirilib.

2-ci qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV