Limada keçirilən yeniyetmələr arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın milli yığması uğurla çıxış etdi

28 avqust - 1 sentyabr tarixlərində Perunun paytaxtı Limada yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı keçirilmişdir. Yarışmalarda 48 ölkədən 403 idmançı qatılmışdır. Ölkəmiz yarışlarda 5 çəki dərəcəsində yeddi idmançı ilə təmsil olunub.

Dünya çempionatı ərzində Nihad Məmişov (-55 kq.) və Cəsur İbadlı (-73 kq.) bütün rəqiblərini məğlub edərək qızıl, Məhəmmədəli Hüsiyev (-50 kq.) və Mehdi Abbasov (-81 kq.) isə bürünc medallar qazanıblar.

Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında medal əyarına görə 48 ölkə arasında 2-ci, oğlanlar arasında isə bütün ölkələri qabaqlayaraq 1-ci yerdə qərarlaşıb.

İdmaçılarımızın göstərdiyi yüksək nəticələr Perunun kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Müəllif: Natiq NƏSİROV