“Aznur” minifutbol üzrə Çempionlar Liqasına qələbə ilə başlayıb

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Aznur” komandası bu gün növbəti oyununu keçirəcək.

Komandanın mətbuat xidmətindən verilən məlumata görə Azərbaycan təmsilçisi  Ukraynanın “Andezit Xust” kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qeyd edək ki, “Aznur” ötən gün “Fransanın "Bayonna" komandasına 2:1 hesabı ilə qalib gəlib, Komanda  Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında növbəti matçını da keçirib. Təmsilçimiz İsveçin "Qalport" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində V.Rəhimov (37) və R.Eyvazov (41) fərqləniblər.

Müəllif: Bəhruz MƏMMƏDOV