Stolüstü tennisçilər təlim-məşq toplanışında

2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılıblar.

Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edəcək. Onlar sentyabrın 8-nə kimi məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminovanın rəhbərliyi ilə bacarıqlarını artıracaqlar.

Təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədi ilə təşkil olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV