Azərbaycanlı bilyardçı Gürcüstanda bürünc medal qazanıb

Azərbaycan Bilyard Federasiyası uğurlarına davam edir və yeni nailiyyətlərə imza atır.

Bu dəfə idmançımız Orxan Qubadov AJARA CUP 2024 turnirində böyük uğur qazanaraq bürünc medala layiq görülüb. Bu, Gənclər və İdman Nazirliyin göstərdiyi dəstək və idmançılarımızın əzmkarlığının növbəti göstəricisidir. Orxan Qubadovu bu möhtəşəm uğuru münasibətilə təbrik edir, ona gələcəkdə daha böyük zəfərlər qazanmağı arzulayırıq. Azərbaycan bilyardçıları dünya arenalarında öz güclərini sübut etməkdə davam edirlər. Bu nailiyyətlər federasiyamızın peşəkar yanaşması və idmançılarımızın səylərinin nəticəsidir. Federasiya olaraq, gələcək turnirlərdə də idmançılarımıza uğurlar arzu edirik.

Azərbaycanın bilyard idmanının bayrağını daha yüksək zirvələrdə dalğalandırmağa davam edəcəyik!

Müəllif: Bəhruz MƏMMƏDOV