Fərid Qayıbov SESRIC-in Baş Direktoru Zehra Zümrüd Selçuku qəbul edib

Oktyabrın 9-da gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüd Selçuku qəbul edib.

Qonağı salamlayan nazir Fərid Qayıbov gənclər siyasəti və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Qonaq səmimi qəbula görə təşəkkür edib, rəhbəri olduğu qurumun fəaliyyəti haqqında danışıb.

Görüşdə nazirliklə SESRIC arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV