Sinqapur Qran-Prisinin ən sürətlisi o oldu

ESTAFET/ "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə Sinqapur qran-prisində qalib gəlib.

İkinci yeri "Red Bull"u təmsil edən niderlandlı Maks Ferstappen tutub.

İlk "üçlüy"ü "McLaren"i təmsil edən britaniyalı Lando Norris tamamlayıb.

Qran-prinin növbəti mərhələsi oktyabrın 17-dən 19-dək ABŞ-nin Texas ştatının Ostin şəhərində keçiriləcək.

Müəllif: Natiq NƏSİROV