Atıcılıq üzrə Gənclər Dünya Çempionatında qızıl medal!

26 sentyabr - 7 oktyabr tarixlərində Perunun Lima şəhərində baş tutan gənclər arasında Dünya Çempionatında idmançımız İmran Qarayev qızıl medal qazanıb.

Oğlanlar arasında 50 metr məsafəyə atəş üzrə keçirilən yarışda atıcımız final mərhələsində 552 xalla Rumıniyalı idmançını geridə qoyaraq gənclər üzrə dünya çempionu olub.

Müəllif: Bəhruz MƏMMƏDOV