Nazim Umbayev gənclər arasında dünya çempionatında ədalət təmsilçiləri arasında yer aldı

2-6 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Nazim Umbayev fərdi yarışlarda qızlar arasında -48 kq. və -63 kq. çəki dərəcələrində, oğlanlar arasında isə +100 kq. çəkidə bürünc medal uğrunda görüşləri idarə edib.

Qarışıq komanda yarışlarında isə Cənubi Koreya və Monqolustan yığmaları arasında bürünc medal uğrunda olan görüşlərdə ədalət təmsilçiləri arasında yer alıb.

Müəllif: Natiq NƏSİROV