Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Ştegen bərpa məşqlərinə başlayıb -
Ştegen bərpa məşqlərinə başlayıb

ESTAFET/ İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen diz qapağı vətərinin ciddi zədələnməsindən sonra bərpa prosesi çərçivəsində meydanda məşqlərə başlayıb.

Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniya çempionatının 6-cı turunda "Vilyarreal"la qarşılaşmada (1:5) zədələnən 32 yaşlı almaniyalı qolkiper bu mövsüm bütün turnirlərdə yeddi oyunda iştirak edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Müəllif: Məsim MƏSİMZADƏ