“Barselona” və “Bayern” Aleksander-Arnold uğrunda mübarizəyə qoşuldular

ESTAFET/ “Barselona” və “Bayern” “Liverpul”un 26 yaşlı ingilis sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold uğrunda “Real”la rəqabət aparmağa hazırlaşırlar.

Hazırda ingilis futbolçu “Liverpul”la 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığa gəlməyib, amma tərəflər arasında danışıqlar davam edir.

Bundan əvvəl mətbuatda, Aleksander-Arnoldun bu yay azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə keçməyə razı olduğu barədə məlumat yayılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV