"Ayaks" Bakıya qələbə ilə gəlir

ESTAFET/ "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Ayaks" Bakıya səfər öncəsi qələbə qazanıb.

Amsterdam təmsilçisi Erediviziyanın 9-cu turunda "Herakles"in qonağı olub.

"Ayaks" 4:3 hesabı ilə qalib gəlib. Amsterdamlılar 16 xalla 3-cü pillədə qərarlaşıblar.

"Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də Tofiq Bəhhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.

Müəllif: Orxan NOVRUZOV