Komandamız Gürcüstanda 3-cü oldu: Estafet.az-ın əməkdaşı ən yaxşı seçildi

ESTAFET/ Futbol üzrə idman jurnalistlərindən ibarət komanda beynəlxalq turnirdə 3-cü olub.

Gürcüstanın Batumi şəhərində məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında 6-cı Beynəlxalq Media Kuboku turniri keçirilib.

8 ölkənin iştirak etdiyi yarışda Azərbaycanı idman jurnalistlərindən ibarət yığma komanda təmsil edib.

Komandamız Macarıstan, Litva və Moldova yığmalarının yer aldığı A qrupunda iki qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Yarımfinalda meydan sahibi Gürcüstan yığması ilə qarşılaşan komandamız yekunda məğlub olaraq turniri 3-cü pillədə tamamlayıb.

Komandanın əsas heyətində yer alan saytımızın əməkdaşı Məsim Məsimzadə turnirin ən yaxşı hücumçusu seçilib.

Turnirin qalibi isə Moldova komandası olub.

Müəllif: Natiq NƏSİROV