Azərbaycanda ilk dəfə olaraq qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi yarış 25-26 yanvar tarixlərində Şahdağ Turizm Mərkəzində baş tutacaq.
Çempionatda 4 qadın (“AZERRAIL”, “Murov Az Terminal”, “Gəncə”, “U-21”), 4 kişi (“AZERRAIL”, “Murov Az Terminal”, “Gənclər”, “U-21”) komandası iştirak edəcək. Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçiriləcək. Toplanacaq yekun xallara görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutacaq komandalar isə üçüncülük uğrunda oynamaq imkanı qazanacaqlar. Final və üçüncü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
